Aprel qəhrəmanı (VİDEO)

Aprel qəhrəmanı (VİDEO)
Bu gün şəhid Raquf Orucovun ad günüdür

Aprel döyüşlərinə kimi onu bəlkə də ancaq hərbçi dostları tanıyırdı. Aprel döyüşlərindən sonra bütün Azərbaycan tanıdı. Raquf Orucov - bu gün onun doğum günüdür.

O, 1972-ci il iyulun 12-də Ağdamıın Cinli kəndində anadan olmuşdu. Ailənin birinci övladı idi. Elə bütün şüurlu həyatı boyu da birinciliyə can atdı. Qarabağda hadisələr başlayanda Azərbaycan Ordusu sıralarına qatıldı və Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ağır yaralandı.

Deyirlər ki, yaralandığını anasından gizlətmişdi, anası dərd tapar, üzülər deyə. Amma Allahın işinə bax ki, anasına adi nigaranlığı qıymayan Raquf həmin günlərdə onu birdəfəlik itirir.

1993-cü ilin 12 iyunda erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal edir. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd gülləsinə tuş gəlir.

Raqufun sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verməsinə səbəb də elə anasının ölümü olur. O anasının qisasını almalıydı.

2016-cı ilin aprel döyüşləri polkovnik-leytenant Raquf Orucov üçün belə bir əməliyyat olur. O düşməndən qisasını alır. Düşmən ən sonda onun canını alsa da. Amma olsun, onsuz da hər kəs bir cana borcludur. Raquf öz canını vətəni Azərbaycan üçün verdi. Dəyərdi.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə