Dəhşətli qəzada yaralananlar REAL-a danışdı (FOTO, YENİLƏNİB)

Dəhşətli qəzada yaralananlar REAL-a danışdı (FOTO, YENİLƏNİB)
Qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda yük maşınınin sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan şəxslər REAL-a hadisənin necə baş verdiyi barədə danışıb.

Kliniki Tibbi Mərkəzin şöbə müdiri Aydın Əlizadə isə REAL-a yaralanan sərnişinləri vəziyyəti barədə məlumat verib.

 


***12:04

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.
 
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.
 
Onun sözlərinə görə, məlum qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

R. Quliyev həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.
 


***09:32

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır.

Qadın hadisə yerindəcə ölüb.

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

2 nəfərə yerindəcə ilkin yardım göstərilib. 3 nəfər isə orda Ələtdəki xəstəxanaya çatdırılıb.

 


***09:15

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə barədə bir qədər sonra məlumat veriləcək.

APA

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə