Gəncədə polisi öldürməkdə şübhəli bilinənlərdən biri tutuldu

Gəncədə polisi öldürməkdə şübhəli bilinənlərdən biri tutuldu

Gəncədə baş verən hadisələr zamanı polis zabitlərini qətlə yetirməkdə şübhəli bilinən şəxslərdən biri həbs olunub. 

Gəncəyə ezam olunmuş xüsusi müxbirimiz Mir Şahin Ağayevin verdiyi məlumata görə, bu 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovdur.

Hazirda 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyevin axtarışları davam etdirilir.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. 

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə