Azərbaycan və Aİ arasında tərəfdaşlıq prioritetlərinə dair sənəd paraflanıb

Azərbaycan və Aİ arasında tərəfdaşlıq prioritetlərinə dair sənəd paraflanıb

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetlərinə dair sənədin paraflanması mərasimi keçirilib və sənədin mətni üzrə danışıqlar yekunlaşdırılıb.
 
Sənədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən imza atılıb. 
 
Mərasimdə prezident  İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da iştirak edib.
 
Məlumatda bildirilir ki, tərəfdaşlıq prioritetləri gələcək illər üçün Aİ-Azərbaycan əlaqələrində irəliyə doğru əhəmiyyətli bir addımdır. Tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinə yönəldiyi üçün Azərbaycan və Avropa İttifaqıxalqlarının rifahına müsbət təsir göstərəcək. Eləcə də, tərəfdaşlıq prioritetləri vasitəsilə Aİ və Azərbaycan iddialı və gündəmdə olan hərtərəfli öhdəliklərini yeniləmiş olurlar.
 
Tərəfdaşlıq prioritetləri artıq Avropa İttifaqı və Azərbaycan tərəfindən rəsmən təsdiq olunmuş sayılır və qəbulu gözlənilir. Bu prioritetlər korrupsiya, terrorizmə qarşı mübarizədə potensialın artırılması, dövlət idarəetmə islahatları, iqtisadi inkişaf və bazar imkanları, enerji səmərəliliyi, ətraf mühit və iqlim kimi məsələləri əhatə edir. 
 
Razılaşdırılan tərəfdaşlıq prioritetləri 2018-2020-ci illərdə Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının siyasi çərçivələrini təmin edəcək.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə