Arif Hacılı: Konstitutsiya və qanunlardan kənar proseslərin getməsinə imkan vermək olmaz!

Arif Hacılı: Konstitutsiya və qanunlardan kənar proseslərin getməsinə imkan vermək olmaz!

Gəncədə baş verən hadisələrin, proseslərin arxasında dayanan ciddi qüvvələr var.

Bu barədə Müsavat Partiyasıınn başqanı Arif Hacılı Gəncə törədilən terror aktını şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusi ilə iki yüksək vəzifəli zabitin öldürülməsi ciddi hadisədir və bundan ciddi nəticə çıxarılmalıdır.

“Bu cür proseslərin inkişafına yol vermək olmaz. Siyasi qüvvələr də ölkədə konstitusiya və qanunlardan kənar proseslərin getməsinə imkan verməməlidir. Biz də buna çalışacağıq. Amma əsas rol yenə də hakimiyyətin üzərindədir”, - deyə Arif Hacılı bildirib.

O əlavə edib ki, proseslərin zorakılıq müstəvisinə keçməsində maraqlı olan qüvvələr var.

“Bu məsələ ilə bağlı yəqin ki, ciddi araşdırmalar gedəcək və bu araşdırmalardan, dəqiq məlumatlar əldə etdikdən sonra Müsavat Partiyası olaraq konkret münasibət bildirəcəyik. Ancaq indidən demək mümkündür ki, görünür, Azərbaycanda proseslərin sivil, demokartik müstəviyə deyil, zorakılıq müstəvisinə keçməsində maraqlı olan qüvvələr var. Təbii ki, bu məsələlər sürətlə araşdırılacaq”, - deyə siyasətçi qeyd edib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə