Nazir elektron ticarət dövriyyəsinin həcmini açıqladı (VİDEO, FOTO)

Nazir elektron ticarət dövriyyəsinin həcmini açıqladı (VİDEO, FOTO)
Azərbaycan elektron ticarət səviyyəsinə görə 144 ölkə arasında 64-cü yerdədir

Ötən il Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi 46 milyon manatdan çox olub.

REAL-ın məlumatına görə, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, son dövrlər Azərbaycanda elektron ticarət dövriyyəsi sürətlə inkişaf edir. Belə ki, 2016-cı ildə ölkədə pərakəndə ticarət dövriyyəsi 25 milyon manat, 2017-ci ildə isə 46 milyon manatdan çox olub.

Azərbaycan beynəlxalq reytinq cədvəllərinə əsasən, elektron ticarət səviyyəsinə görə 144 ölkə arasında 64-cü yerdədir.
 
Nazir bu ilin sentyabr ayında Bakıda Elektron Ticarət Forumunun keçirilməsini təklif edib. O, birgə əməkdaşlığın davamlı olması üçün Avropa İttifaqı, BMT, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla birlikdə bu ilin sentyabrında Bakı Elektron Ticarət Forumunun  keçirilməsini vacib hesab etdiyini qeyd edib.

Burada elektron ticarətin detalları müzakirə ediləcək, bu sahənin inkişafı üçün töhfə veriləcək.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə