Populizm Paşinyanın siyasətinin əsas elementidir (VİDEO)

Populizm Paşinyanın siyasətinin əsas elementidir (VİDEO)
Ermənistan bölgədə sülhün bərqərar olmasında əngəldir

“Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinİ siyasətinin əsas istiqamətinə çevirməyə çalışır, ancaq bununla o sülhün bərqərar olmasına maneə olur, Paşınyanın münaqişə ilə bağlı bütün bəyanatları sadəcə populizm siyasətinin bir elementidir”.

Bunu REAL-a açıqlamasında “Strategic Outlook” beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fateh Öztarsu deyib.

Onun sözlərinə görə, Ermənistanın tarixdə ən populist siyasətçisi Nikol Paşinyan bəyanatları və hərəkətləri ilə bölgədə sülhün bərqərar olunmasına əngəl yaradır:

“Biz görürük ki, o, artıq separatçı rejimin nümayəndələri ilə görüş keçirib. Əlbəttə Kİ, Azərbaycan Ermənistanda baş verən hadisələri diqqətlə izləyir və İrəvanı cavabsız qoymur. Unutmayaq ki, Ermənistan Azərbaycanı dünyada təcavüzkar kimi göstərmək istəyir. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin planlaşdırılmış görüşündə Ermənistan bir daha məsələdə özünü haqlı göstərməyə çalışacaq. Ümid edirəm ki, görüş tərəflər arasında dialoqun bərpa olunmasına və hərbi ritorikanın bitməsinə səbəb olacaq”.

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki keçmiş səfiri, sabiq həmsədr Metyu Brayza REAL-deyib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü vacib dəyişikliklərə səbəb olmayacaq

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə