“Nəsimi dünyası”na səyahət - VİDEO

“Nəsimi dünyası”na səyahət - VİDEO
Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB böyük şairimiz, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş "Nəsimi dünyası" adlı tədbir keçirib.

Tədbirə Beynəlxalq Muğam Mərkəzi ev sahibliyi edib. Tədbirdə millət vəkilləri, alimlər, incəsənət xadimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva bildirib ki, bu isti yay günlərində bu qədər dəyərli insanlarımızın zalı doldurması sözün həqiqi mənasında Nəsimiyə verilən böyük dəyərdir: “Mən Nəsimi dünyasına çox kiçik yaşlarımdan daxil olmuşam. O dünya elə böyük idi ki, onun arxasınca Suriyaya, Hələbə qədər getdik. Nəsiminin məzarını ziyarət edəndə içimdə qəribə duyğular keçirirdim. Yadımdadır ki, Ümumilli liderimiz Heydər Əliyev ilə xarici ölkələrin birinə səfər zamanı jurnalistlərlə söhbət edəndə ona dedim: Nəsiminin qəbrinin Azərbaycanda olması necə gözəl olardı. Ümumilli liderimiz Nəsimi ilə bağlı çox maraqlı məlumatlar danışdı".

Millət vəkili vurğulayıb ki, Nəsiminin yaradıcılığının təbliği dövlət siyasətimizdə önəmli yer tutur: "Nəsiminin böyüklüyü ondan ibarət idi ki, onun yaradıcılığının əsasında insan dururdu. O həqiqət mərtəbəsində dayanan böyük bir şəxsiyyət idi. O, insana bir başqa yanaşırdı. Müsəlman dünyasında Nəsimiyə zülm edənlər bu gün də var: İŞİD, Taliban və s. timsalında. Bunlar hamısı cahillikdəndir. Cahilliklə mübarizənin yolu bu böyük şəxsiyyətlərin yaradıcılığının öyrənilməsindən keçir".

Millət vəkili hər kəsi mədəniyyətimizə töhfə verəcək layihələrə dəstək verməyə çağırıb.

Tədbirdə "Nəsimi" filmindən qısa fraqmentlər nümayiş olunub. Bundan sonra gecə konsertlə davam edib.
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə