Mir Şahinin vaxtı (VİDEO, 05.07.2018)

Mir Şahinin vaxtı (VİDEO, 05.07.2018)

Bu gün Sizinlə xüsusi buraxılışda görüşürük. Bizi buna ölkədə baş verən bir sıra qaranlıq məsələlər vadar etdi. Mingəçevir istilik elektrik stansiyasında baş verən qəzadan sonra ölkəyə özü boyda qaranlıq çökdü.  

Respublikada əslində fövqəladə vəziyyət yarandı.  Bu qəza hamı üçün bir sınaq oldu. Firavanlığın, abadlığın, rahatlığın böyük tənəffüs rejimində yaşamağa öyrəşdirdiyi Azərbaycan insanı qəflətən gözlənilməz şəraitə düşdü.

İşıqları söndü. Şiddətli istidə kondisioneri, soyuducusu, televizoru, lifti dayandı. Metrosu dayandı. Bütün həyat “stəndbay” rejiminə keçdi. Və o bu vəziyyətdən ləyaqətlə çıxmalı idi. Müharibə aparan bir ölkə, onun vətəndaşı belə hallara əslində bir məşq, təlim kimi də yanaşa bilər. 

Niyə də yox? İşıqsız da, qazsız da, susuz da yaşamağı bacarmalıyıq. Babalarımız ikinci dünya müharibəsindən keçməyib? Bu gün də dünya müharibəsidir. Sadəcə bu müharibədə silahlar, tətbiq olunan döyüş taktikası, istifadə olunan avadanlıqlar fərqlidir. Hər şey bu qədər sadə.

Ona görə də baş vermiş hadisəyə mən həm də situasiyanın verdiyi həyəcan siqnalı və bu zaman vətəndaşlarımızın necə reaksiya verməsi faktı kimi yanaşıram. Beləliklə, Prezidentin, müharibə vəziyyətini nəzərə alsaq, Ali Baş Komandanın proseslərə operativ müdaxiləsi böhranın belə hallar üçün rekord sayıla biləcək müddətdə aradan qalxmasını təmin etdi.

İlham Əliyevin iyul ayının 4-də keçirdiyi müşavirənin isə fövqəladə mahiyyəti var idi və burda dövlət başçısı növbəti dəfə nümayiş etdirdi ki, qanunun və sadə vətəndaşın tərəfindədir. Onun soruşduğu, məlumatını və təklifini dinlədiyi, tənbeh etdiyi və tənbeh anonsu verdiyi hər kəs anlayırdı ki, Prezident əsəbidir. Gərilib. Artıq söhbətə ehtiyac yoxdur. Onun hamının, bütün ölkənin, xalqın hüzurunda nümayişkaranə surətdə “Azərenerji” Qapalı Səhmdar Cəmiyyətinin sədri Pirverdiyevin  etibarını şübhə altına aldığı toplantı burada olan və olmayan hər bir məmura xəbərdarlıq idi.

Bir sözlə İlham Əliyev nə qədər soyuqqanlı görünməyə, daxili təlatümünü peşəkar dövlətçi vərdişləri hesabına nə qədər gizlətməyə çalışsa da hiss olunurdu ki, Azərbaycanın bircə qəzaya uğramaqla zülmətə yıxılması Prezidentə ağır bir gözlənilməzlik yaşadıb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə