Su gələn arx - VİDEO

Su gələn arx - VİDEO
Axşama qədər Bakıda su problemi həllini tapacaq

Bakı şəhərinə su elektrik enerjisi hesabına verilir. Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı REAL-a müsahibəsində deyib. “İşıq yoxdursa, su da yoxdur”, - Anar Cəbrayıllı əlavə edib.

“Azərsu” rəsmisi bildirib ki, hazırda Azərbaycanda su təchizatı ilə bağlı vəziyyət sabitdir: “Kür çayından, Ceyranbatan su anbarından, Oğuz-Qəbələ su kəmərindən tam həcmdə su gəlir”.  

Onun sözlərinə görə, bu gün səhər saatlarından paytaxta suyun verilişi təmin edilib: "Yasamal, Nərimanov, Səbail, Nəsimi, Suraxanı, Sabunçu rayonlarından suyun verilişini bərpa etmişik. Ancaq ola bilər ki, təzyiq aşağı olsun. Günün ikinci yarısında tam sabitlik əldə ediləcək. Rejimə tam çıxmağı isə sabaha planlaşdırırıq. Bu gün suyun təchizatı dünənlə müqayisədə yaxşıdır. Ehtiyalarımızı görürük ki, Yeni Günəşli, Köhnə Günəşli qəsəbələrinin, Binəqədi rayonunun su almayan ərazilərini təmin edək".
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə