“Azərbaycan” İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

“Azərbaycan” İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib
Ölkə üzrə elektrik enerjisinin verilişindəki məhdudiyyət aradan qaldırılıb

İyulun 3-də gecə saatlarında qəza baş verən Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti artıq bərpa edilib. REAL xəbər verir ki, bunu “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib.

“Hazırda problem həll olunub, enerji sisteminin fəaliyyəti tam şəkildə bərpa edilib. Ölkə üzrə elektrik enerjisinin verilişindəki məhdudiyyət aradan qaldırılıb. Hazırda vəziyyət qənaətbəxşdir. Sistemin dayanıqlığının möhkəmləndirilməsi ilə bağlı digər müvafiq texniki tədbirlərin həyata keçirilməsi davam etdirilir”,-deyə Y. Babanlı qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkə elektrik sisteminin enerji ilə təminatında “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə yanaşı, digər mövcud güclərdən də istifadə edilir.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük elektrik stansiyası olan "Azərbaycan" İES 8 blokdan ibarətdir.

İyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. İlkin məlumata görə, qəza bir neçə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Ötən gün təxminən saat 19 radələrində "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza səbəbindən təkrar bəzi yerlərdə elektrik enerjisinin verilişdə məhdudiyyətlər yaranıb. Bir neçə saat sonra elektrik enerjisinin verilişi bərpa edilib.
 

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə