Elmar Vəliyev REAL-a danışdı (EKSKLÜZİV, YENİLƏNİB)

Elmar Vəliyev REAL-a danışdı (EKSKLÜZİV, YENİLƏNİB)
İcra başçısı: Ciddi narahatlığa əsas yoxdur

Gəncə İcra Hakimiyyətinin başçı Elmar Vəliyevlə Real TV əlaqə yarada bilib.

Bugün sui-qəsd nəticəsində  yaralanandan sonra Gəncədə müayinə və müalicə alan Elmar Vəliyev ciddi narahatlığa əsas olmadığını deyib.

Elmar Vəliyev yüngül yaralandığını, tezliklə işinin başında olacağını bildirib və səhhətilə maraqlanan hər bir kəsə minnətdarlığını çatdırmağı xahiş edib.

 


***22:54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin ölüm xəbəri ilə bağlı yayılan məlumatlar yalandır.

Bunu REAL-a açıqlamasında Elmar Vəliyevin oğlu Elmir Vəliyev bildirdi.

Xatırladaq ki, bir az əvvəl bəzi kütləvi informasiya vasitələri Elmar Vəliyevin silahlı hücum nəticəsində aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişdiyini yazmışdı
 


***22:30

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun bəzi təfərrüatları məlum olub.

Gəncə İcra hakimiyyəti başısının köməkçisi Rüfət müəllimin REAL-a bildirdiyinə görə, Elmar Vəliyev hazırda İcra Hakmiyyətinin binasında müşavirə aparır.

Müşavirə bitdikdən sonra REAL-a məlumat verəcək.

 


***22:19

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum olub.
 
APA-nın məlumatına a görə, icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Yunis Səfərov hücum edib. Hücum nəticəsində icra başçısının mühafizəçinin yaralanıb. .
 
İlkin məlumata görə, E. Vəliyev hadisə nəticəsində xəsarət almayıb.   
 
Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.
 
Məlumatda hücum edən şəxsin saxlanıldığı bildirilir.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə