İŞİD Əfqanıstanda Hərbi Akademiyaya hücum edib

İŞİD Əfqanıstanda Hərbi Akademiyaya hücum edib
Terror nəticəsində 2 nəfər ölüb, 10 adam yaralanıb.

Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya hücum olub.

Real.TV xəbər verir ki, hücum İŞİD terror təşkilatının silahlıları tərəfindən həyata keçirilib. Terrorçular bu dəfə Marşal Fahim adına Milli Hərbi Universiteti hədəf seçiblər. Hazırda təhsil müəssisəsinə aparan bütün yollar bağlanılıb. 

Terror nəticəsində 2 hərbçi ölüb, 10 nəfər yaralanıb. Hücumu 5 nəfərdən ibarət qrup təşkil edib. Onlardan 3 nəfəri məhv edilib, digəri saxlanılıb. Terrorçulardan biri isə müqaviməti davam etdirir.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə