İbrahim Nəbioğlu: “TANAP Avropa üçün həyati əhəmiyyətli layihədir”

İbrahim Nəbioğlu: “TANAP Avropa üçün həyati əhəmiyyətli layihədir”
TANAP boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb

“TANAP-ın açılışı Türkiyə ilə bərabər Avropada da mətbuatın diqqət mərkəzində idi. Çünki TANAP Azərbaycan və Türkiyə üçün nə qədər önəmlidirsə, bir o qədər də Avropa üçün önəmlidir”. Bunu REAL-a müsahibəsində jurnalist İbrahim Nəbioğlu bildirib. Onun sözlərinə görə, bu layihə Azərbaycan və Türkiyə üçün iqtisadi önəm daşıyırsa, Avropa üçün həyati vacib məsələdir. 

Qeyd edək ki, bu gündən Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərləri daxildir.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.

İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə