“Şəhid sevgililər” işıq üzü gördü (VİDEO)

“Şəhid sevgililər” işıq üzü gördü (VİDEO)
Ə.İslamın İlhamla Fərizə haqqında kitabı çap olundu

Dünyada “Sevgililər günü” fevralın 14-də qeyd olunsa da, Azərbaycanda bu gün iyunun 30-na təsadüf edir.

Bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

Cütlük barəsində artıq kitab da işıq üzü görüb. Şair Əbülfət İslamın İlham və Fərizə haqqında yazdığı poema və rübailər “Şəhid sevgililər” adı ilə kitab şəklində çap olunub.

Bu gün sözü gedən kitabın təqdimatı keçirilib. Tədbirdə vətənpərvər mahnıları ilə yadda qalan Şəmistan Əlizamanlı, Millət vəkilləri, həmçinin şairlər də iştirak ediblər.

Xatırladaq ki, İlham və Fərizə 1989-cü uldə ailə qurublar. Onların birgə həyatının ömrü cəmi 7 ay çəkib. 2004-cü ildən onların toy günü - 30 iyun isə Azərbaycanda qeyri-rəsmi olaraq "Sevgililər Günü" kimi qeyd edilir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə