Sülh danışıqları üçün niyə məhz Bakı seçildi? (VİDEO)

Sülh danışıqları üçün niyə məhz Bakı seçildi? (VİDEO)
XİN Əfqanıstan üçün sülh danışıqları üçün paytaxtımızın seçilməsinin səbəblərini açıqlayıb

Bakıda Əfqanıstan üçün sülh danışıqları keçirilib. 2009-cu ildə təsis edilmiş beynəlxalq təmas qrupunun toplantısında Əfqanıstanın xarici işlər nazirinin müavini Hikmət Kərzayi başda olmaqla Əfqanıstanın nümayəndə heyəti, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, ABŞ Dövlət Katibinin Cənubi Qafqaz və Orta Asiya Məsələləri üzrə köməkçisinin müavini Elis Uells və 60-a yaxın ölkədən nümayəndə iştirak edib.

"Taliban" və Əfqanıstan arasında sülh prosesinə dair danışıqlar üçün məkan niyə məhz Bakı seçilib?

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev REAL-a müsahibəsində bildirib ki, sülh danışıqları üçün məkan olaraq Bakının seçilməsi Azərbaycanın beynəlxalq səviyyədə olan nüfuzunun və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana etimadın böyük göstəricisidir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə