Türkiyədəki seçkilər və Azərbaycan - VİDEO

Türkiyədəki seçkilər və Azərbaycan - VİDEO
Tənzilə Rüstəmxanlı: “Orada hakimiyyətdə kimin olması bizim üçün çox önəmlidir”

“Türkiyə əhalisi müstəqil iradəsini ortaya qoydu. Seçkilərdə seçici fəallığı çox yüksək idi. Bu, bir millət üçün çox önəmlidir, bir mədəniyyətdir”. Bunu REAL-a müsahibəsində Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərini şərh edərkən deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın 52,5 faiz səslə qalib gəlməsi Türkiyədə demokratik seçki keçirildiyinin göstəricisidir. 

Tənzilə Rüstəmxanlı bildirib ki, Türkiyə Azərbaycan üçün çox önəmli bir dövlətdir: “Orada hakimiyyətdə kimin olması bizim üçün çox önəmlidir. Bir çox məsələlərdə Azərbaycan hər zaman Türkiyədən dəstək istəyib. Bu dəstəyi verə biləcək adamların Türkiyə dövlətinin başında olması bizə lazımdır”. 
 

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə