Ərdoğan xalqa müraciət etdi - VİDEO, YENİLƏNİB

Ərdoğan xalqa müraciət etdi - VİDEO, YENİLƏNİB
Prezident: 16 ildir apardığımız mübarizədən geri addım atmayacağıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib.

Seçkilərdə artıq səslərin 98 faizi hesablanıb və bu dəqiqəyə olan nəticələrə görə Ərdoğan 52,6 faiz səs toplayaraq rəqiblərini geridə qoyub.

Ərdoğan küçələrdə qələbəni qeyd edən xalqa müraciət edib.

O, bu seçkilərin tarixi əhəmiyyətli olduğunu bildirib və dəstək verdiyi, etimad etdiyi üçün xalqa təşəkkür edib.

Ərdoğan deyib ki, bu gün Türkiyə dünyaya demokratiya dərsi verdi.

"Ümid edirəm ki, seçkilərdə məğlubiyyətlərini gizlətmək məqsədilə seçkilərin nəticələrinə keç kim kölgə salmayacaq. 16 ildir apardığımız mübarizədən geriyə addım atmayacağıq", - deyə Ərdoğan bildirib.

 


***23:11

Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 91 faizi sayılıb.

Sayılan səslərə əsasən, “Cümhur ittifaqı” bloku 54,06%, “Millət ittifaqı” 33,09%, Xalqların Demokratik Partiyası isə (HDP) 10,92 faiz səs toplayıb.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası  və Milliyətçi Hərəkat Partiyası  parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 


***22:18

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb.

İlk yeri səslərin 54,11%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur.

İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,96%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,49%).

Ərdoğan tərəfdarları qələbəni qeyd etmək üçün küçələrə axın ediblər.

 


***21:40

Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin ilkin nəticələrinə görə Prezident Rəcəb Tayyib Ərdoğan və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) sayılan bülletenlər üzrə seçicilərin 55 faizdən çoxunun etimadını qazanıb.

Ankara vaxtı ilə saat 20:30-a olan məlumata görə, seçki qutularının 70 faizə qədəri açılıb. Bu nəticəyə görə, Rəcəb Tayyib Ərdoğan sayılan səslərin 55,4 faizinə sahib olmaqla liderdir. Bu səsvermədə Məhərrəm İncə 29 faizlə ikinci, Meral Akşener isə 7,5 faizlə üçüncü yerdədir.

AKP və Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı səslərin 58 faizi ilə birinciliyini qoruyur.

Cümhuriyyət Xalq, İYİ Partiya və digər 4 siyasi partiyanın birləşdiyi Millət İttifaqı isə yalnız səslərin 31 faizinə sahib ola biliblər. Bu ittifaqda CHP öndədir.

 


***20:44

Türkiyədə keçirilən president seçkilərdə bülletenlərin 50 faizi hesablanıb.
 
İlk yeri səslərin 56,50%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur.

İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (28,60%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,45%).
 
Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda mübarizə aparacaq.


Mənbə: NTV
 

 
 


***20:04

Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan səslərin 17,6 faizinin hesablanmasından sonra liderlik edir.

Səslərin 28 faizi hesablanıb və bu dəqiqəyə olan məlumata görə, Rəcəb Tayyib Ərdoğan 58 faiz, Məhəmmər İncə isə 27 faiz səs toplayıb.


Mənbə: NTV

 

 


***18:05

Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb. Yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir. 

Prezident seçkilərinə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Prezident seçkilərinin birinci turunda namizədlərdən hər hansı biri qalib gəlmək üçün seçicilərin 50%-dən artıq səs toplamalıdır. Namizədlərdən heç biri 50%-dən artıq səs toplamasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda yarışacaq.

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası,  Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

 


***17:45

Türkiyədə seçki məntəqələrində səsvermə prosesinə qeyri-qanuni şəkildə müdaxilə etmək istəyən xarici vətəndaşlar saxlanılıb.

REAL-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, saxlanılan 10 əcnəbi özlərini ATƏT-in müşahidəçiləri kimi təqdim ediblər. Lakin məlum olub ki, onlar akreditasiyadan keçməyiblər.

Saxlanılanlardan 3-ü Almaniya, 4-ü İtaliya, 3-ü isə Fransız vətəndaşıdır. Türkiyədəki seçkilər barədə ən son məlumatlar videomaterialda


Həmçinin baxın: 

Türkiyədə prezident və parlament seçkiləri başladı - VİDEO

Türkiyədə prezidentliyə namizədlər səs verdilər - VİDEO, FOTO


Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə