Türkiyədə prezidentliyə namizədlər səs verdilər - VİDEO, FOTO

Türkiyədə prezidentliyə namizədlər səs verdilər - VİDEO, FOTO
Türkiyədə tarixi əhəmiyyətə malik seçkilər keçirilir

Türkiyədə prezidentliyə namizədlər, dövlət və hökumət nümayəndələri, partiya liderləri seçkilərdə səslərini veriblər.

Rəcəb Tayyib Ərdoğan İstanbulda səsini verib. O, seçki məntəqəsinə həyat yoldaşı bilə birlikdə gəlib.

Səsvermə hüququndan istifadə edən Ərdoğan daha sonra jurnalistlərə açıqlama verib.

O bildirib ki, bu seçkilər böyük əhəmiyyətə malikdir.



Prezidentliyə digər namizəd Məhərrəm İncə isə Yalovada səsini verib. Ailəsi ilə birlikdə səçki məntəqəsinə gələn Məhərrəm İncə seçkilərin Türkiyəyə, millətə xeyirli olmasını dilə gətirib.



İYİ pariyasından prezidentliyə namizəd Meral Akşener də səvermə hüququndan İstanbulda istifadə edib. O bildirib ki, səs verdikdən sonra Ankaraya gedəcək və nəticələri oarada gözləyəcək. 



Baş naziri Binali Yıldırım isə İzmir şəhərində səs verib.

O bildirib ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək.

“Türkiyədəki seçkilər əvvəlki kimi demokratik şəraitdə keçirilir. Türkiyə xalqı doğru və layiqli seçim edəcək", - Yıldırım deyib.



Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə Ankarada səsvermə hüququndan istifadə edib.

Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları iyunun 11-17-dək səs veriblər.

Xaricdə yaşayan və prezident və parlament seçkilərində səs verən Türkiyə vətəndaşlarının sayı 1 468 408 nəfər təşkil edib. Ümumilikdə xarici ölkələrdə yaşayan 3 470 323 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

Səsvermə Türkiyənin 60 ölkədə 123 diplomatik missiyasında keçirilib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə