İran ABŞ-ı beynəlxalq məhkəməyə verdi

İran ABŞ-ı beynəlxalq məhkəməyə verdi
Haaqa Məhkəməsi İranın müraciətini qəbul edib

İran ABŞ banklarında dondurulan 2 milyard dollarını geri almaq məqsədilə beynəlxalq məhkəməyə müraciət edib.

Beynəlxalq Haaqa Məhkəməsi İranın müraciətini qəbul edib və cari ilin oktyabr ayında araşdırma başlayacaq.

Xatırladaq ki, 2015-ci ildə İran ilə Qərb ölkələri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqında imzalanan razılaşmadan sonra bir sıra ölkələrin banklarında İrana məxsus dondurulmuş hesablar açılıb.

ABŞ öz banklarındakı vəsaitin bir hissəsini qaytarsa da, 2 milyard dolları qaytarmaqdan imtina edib. Rəsmi Vaşinqton bu vəsaiti müsadirə edərək dünyanın müxtəlif yerlərində törədilən terror aktlarında zərər çəkən ailələrə kompensasiya vermək istəyində olduğunu bildirib. Lakin İran bu vəsaiti məhkəmə yolu ilə almaq qərarına gəlib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə