Tramp avtomobil şirkətlərini hədələyib

Tramp avtomobil şirkətlərini hədələyib
Avropa avtomobillərini 20 faizlik rüsum gözləyir

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Avropa İttifaqından gətirilən bütün avtomobillərə 20% rüsum tətbiq edəcəyini bildirib.

Onun sözlərinə görə, əgər avropalılar öz ticarət maneələrindən imtina etməsələr, o, bu rüsumları da rəsmiləşdirəcək.

Tramp xatırladıb ki, Avropa İttifaqı «ABŞ və onun böyük şirkətlərinə qarşı» belə rüsumları uzun müddətdir ki, tətbiq edirlər.

Trampın bu bəyanatı avtomobil şirkətlərinə məxsus səhmlərin ucuzlaşmasına səbəb olub.

Belə ki, əsasən, “BMW”, “Daimler”, “Porsche”, “Volkswagen”in səhmləri 1 faizdən çox dəyər itirib.

Xatırladaq ki, ABŞ Avropa ölkələri, Kanada, Meksika, Çin və Hindistandan polad və alüminium idxalına da qarşı 25 və 10 faizlik əlavə rüsum haqqı təyin edib.

Avropa İttifaqı və Çin ABŞ-ın bu addımına qarşı müvafiq tədbirlər görübl. Eyni zamanda, Meksika və Hindistan da Ağ Evin sərt rüsum siyasəti ilə əlaqədar lazımi ölçü götürəcəklərini bildiriblər.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə