Belçika minimum vəzifəni yerinə yetirdi - FOTO

Belçika minimum vəzifəni yerinə yetirdi - FOTO
Afrikalılar da şeytanın qıçını sındıra bilmədilər

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsində sular durulmaqdadır.

G qrupunda da artıq ilk 1/8 finalçı müəyyənləşib. Tunis millisinə şans verməyən Belçika seçməsi növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib.

Oyuna daha fəal başlayan qırmızı şeytanlar hakimin start fitindən cəmi 6 dəqiqə sonra bunun bəhrəsini görüb.

Eden Azar 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib, 1-0. Hücumlarına ara verməyən belçikalılar tezliklə Romelu Lukaku ilə üstünlüyü artırıblar.

Düzdür, tunislilər dərhal bunun cavabını veriblər. Dilan Bronn komandasını ümidləndirib, 1-2. Amma afrikalıların gücləri bundan artığına çatmayıb.

Avropalılar isə əksinə fasilə ərəfəsində dublunu rəsmiləşdirən Lukakuyla yenidən fərqi 2 topa çatdırıblar.

İkinci hissədə də oyuna nəzarəti əldən verməyən belçikalılar 51-ci dəqiqədə növbəti dəfə azarkeşlərini ayağa qaldırıblar.

Azar adını tabloya yazdırıb, 4-1. Matçın son dəqiqələrində futbolsevərlər daha 2 qola şahidlik ediblər.

Əvvəlcə Miçu Batşuayi 5-ci dəfə afrikalıları mərkəzə dəvət edib. Oyunda son nöqtəni isə Vahbi Xəzri qoyub. Belçika 5, Tunis 2.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə