Gürcüstan və Rusiyadan maşınla gələnlərin işi asanlaşdı - FOTO

Gürcüstan və Rusiyadan maşınla gələnlərin işi asanlaşdı - FOTO
“Sadıxlı” gömrük postunda yeni inzibati binanın tikintisinə başlanılacaq

Azərbaycanla Gürcüstan arasında yerləşən "Sadıxlı" gömrük postunda yeni inzibati binanın tikintisinə tezliklə başlanılacaq.
 
Bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətl¬əndirilməsi və İnkiş¬af Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəs¬inin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi inzibati binanın tikintisi ilə bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə inzibati binanın tikintisinə başlanılacaq.
 
A.Abasov qeyd edib ki, birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək.

Azər Abasov onu da deyib ki,.Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
 
Onun sözlərinə görə, mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək: "Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".
 
A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə