Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın! - VİDEO, FOTO

Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın! - VİDEO, FOTO
“Əsgərə məktub” adlı aksiyaya start verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş "Əsgərə məktub" adlı aksiya keçirir.

Aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin "Azərpoçt" MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.

"Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!" şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi bu başlayıb və sabah da davam edəcək.

Aksiya "Park Bulvar" ticarət mərkəzində keçirilir. Burada "Azərpoçt" MMC-nin xüsusi guşəsi fəaliyyət göstirir.

Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya bilərlər.

Aksiyanın ikinci mərhələsinin isə 25 iyun tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə