Heç-heçə və 1 məğlubiyyət

Heç-heçə və 1 məğlubiyyət
Şəhriyar Məmmədyarov qara zolaqdan çıxa bilmir

Şahmat üzrə “Grand Chess Tour” seriyası davam edir. Fransanın paytaxtı Parisdə keçirilən II mərhələdə daha 2 tur oynanılıb.

Rapid növü üzrə görüşlərdə azərbaycanlı Şəhriyar Məmmədyarov qələbə qazana bilməyib.

Sergey Karyakinə (Rusiya) uduzan həmyerlimiz Fabiano Karuana (ABŞ) ilə heç-heçə oynayıb.

Nəticədə VI turdan sonra 4 xalı olan Məmmədyarov Vladimir Kramnik (Rusiya) və Maksim Vaşye-Laqravlə (Fransa) 7-ci yerə şərikdi.

Birinci pillədə qərarlaşan Uesli So təmsilçimizi 5 xal qabaqlayır. Rapid növü üzrə matçlar bu gün baş tutacaq 3 turla başa çatacaq. İyunun 23-də və 24-də isə blits növü üzrə görüşlər keçiriləcək.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə