Musa Nigeriyanı ümidləndirdi

Musa Nigeriyanı ümidləndirdi
Nigeriya 2:0 İslandiya

Futbol üzrə dünya çempionatında Di qrupunun daha bir matçı keçirilib. İlk matçda Xorvatiyaya məğlub olmuş Nigeriya İslandiya ilə qarşılaşıb.

Birinci hissədə tərəflərin fərqlənmək cəhdləri nəticə verməyib. Fasilədən sonra hücumlarının kəsərini artıran afrikalılar Əhməd Musa ilə hesabı açıblar. 75-ci dəqiqədə Musa özünün və komandasının ikinc qolunu vurub. 2-0. 

Bundan sonra hesabı bərabərləşdirmək üçün irəli atılmış avropalılar 83-cü dəqiqədə penalti vurmaq şansı əldə ediblər. Siqurdson 11 metr məsafədən çərçivəni dəqiq nişan ala bilməyib.

Nəticədə 2-0 hesabı ilə qələbə qazanmış Nigeriya pley ofa çıxmaq şanslarını artırıb. Beləliklə Xorvatiya növbəti mərhələdə yerini təmin edib. İkinci vəsiqə uğrunda isə Argentina, İslandiya və Nigeriya komandaları mübarizə aparır.

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə