BMT baş katibini dilə gətirən qablar - VİDEO

BMT baş katibini dilə gətirən qablar - VİDEO
Dünya plastik qablardan imtina edir

Plastik qablar, polietilen torbalar. Onların ətraf mühitə mənfi təsiri BMT baş katibini də dilə gətirib. Antoniu Quterreş planetin sakinlərinə səslənərək, plastik qablar və polietilen torbalardan istifadəni məhdudlaşdırmağa çağiriş edib.

Artıq dünyada plastik qablar və polietilen torbalardan imtina edən ölkələrin sayı artmaqdadır. Dünyanın 40 ölkəsi polietilen məhsulların istehsalını, satışını qadağan edib və ya məhdudlaşdırıb.

Bəzi ölkələrdə hətta turistlərin polietilen məhsullarla gəlməsinə belə icazə verilmir. Fransada plastik qablar 2020-ci ildən yığışdırılacaq. Bununla bağlı parlamentdə qanun qəbul edilib.

Plastik qablarla bağlı qadağaya səbəb isə bu qabların xərçəngə yol açması ilə bağlı aparılan araşdırmaların nəticəsidir. Bu ilin əvvəlindən isə Fransada supermarketlərdə plastik torbaların da satışına qadağa qoyulub.
Bir sözlə Avropa ölkələri layihə hazırlayaraq plastik qablara yox deyib. Plastik qablar, təkcə insan orqanizminə deyil, flora və faunaya da ciddi zərər verir. Belə ki, hər il yüzlərlə heyvan və quş təbiətə atılan plastik qablar və polietilen torbaların qurbanı olur.

Son araşdırmalara görə, dünyada quşların 40 faizi plastik qablarla qidalanma səbəbindən məhv olur. Ölkəmizdə hələlik plastik qab polietilen torba qadağası olmasa da əhalinin maarifləndirilməsinə start verilib.

Plastik qabların insan orqanizminə, flora və faunaya zərərinı göstərən çarxlar hazırlanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen məhsulların yığılması üçün konteynerlər alıb.

Həmin Konteynerlər Bakı ,Sumqayıt və Gəncənin küşə və parklarında yerləşdirilib.

Gələcəkdə bu konteynerlərin sayının 100-ə çatdırılacağı planlaşdırılıb. Plastik qablardan polietilen torbalardan birdəfəlik can qurtarmaq üçün isə hələlik zamana ehtiyac var.

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə