Bağçalarda çalışanların 80%-i ali təhsilli deyil - VİDEO

Bağçalarda çalışanların 80%-i ali təhsilli deyil - VİDEO
Problemlər mülki, inzibati və ya cinayət icraati qaydasında həll oluna bilər

Bir müddət əvvəl yayılan bu videogörüntü bütün ölkəni bir-birinə vurdu. Bakıda uşaq mərkəzlərindən birində tərbiyəçinin azyaşlıya qarşı göstərdiyi bu zorakılıq hamıda narahatçılıq doğurdu. Düzdür, günahkar Füruzə Tağıyeva artıq saxlanılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə cinayət işi başlanıb və istintaq-əməliyyat tədbirləri davam etdirilir. Lakin bununla da uşaq bağçalarında, mərkəzlərindəki bu cür problemlərin həll olunduğunu söyləmək mümkündürmü? Bəs görəsən körpələrimizi tərbiyəçilərin öhdəsinə buraxarkən hansı məqamlara üstünlük vermək lazımdır ki, gözümüz arxamızda qalmasın? Ümumiyyətlə Uşaq bağçalarına, mərkəzlərinə lisenziyalar necə verilir? Buraya müəllimləri, tərbiyəçiləri işə götürərkən tələblər nə olmalıdır?

Təhsil eksperti Kamran Əsədov məktəbəqədər təhsil müəyyələrinin dünya ölkələrindən nümunə götürməli olduğunu da bildirib. Belə ki, o, işə qəbul zamanı 3 əsas şərtə nəzər yetirməyin vacibliyini vurğulayıb.

Hüquqşünas Nicat Gözəlov bu cür problemlərin mülki, inzibati və ya cinayət icraatı qaydasında həllinin mümkün olduğunu deyib. İlk halda uşağın valideynləri mənəvi və ya maddi ziyanla bağlı məhkəməyə müraciət edə bilər. İnzibati halda təqsirləndirilən şəxsin 300 manatdan 500 manata qədər cərimə və ya 2 ayadək inzibati həbs seçilməsidir.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda uşaq mərkəzlərindən birində tərbiyəçinin uşaqlara qarşı kobud rəftarının videosu yayılıb. Uşaqlara kobud davranan tərbiyəçi Firuzə Tağıyeva işdən qovulub, bağça isə fəaliyyətini dayandırıb.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə