ABŞ-dan Türkiyəyə “şimşək” təhdidi - VİDEO

ABŞ-dan Türkiyəyə “şimşək” təhdidi - VİDEO
Türkiyə Rusiyanın SU-57 qırıcılarını alternativ kimi nəzərdə saxlayır

ABŞ senatorları “F-35” qırıcı təyyarələrinin Türkiyəyə satışının qarşısını almağa çalışırlar.

Qanun layihəsi senatorlar Ceyms Lenkford, Janin Şahin və Tom Tillis tərəfindən irəli sürülüb.

Məlumata görə, senatorlar niyyətlərini amerikalı keşiş Endrü Bransonun Türkiyədə həbsdə olması ilə əlaqələndiriblər. 

Qeyd edək ki, Endrü Branson Türkiyədə 2016-cı ildə dövlət çevrilişi cəhdində əlaqəli olmaqda ittiham edilərək həbs olunub.

ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell isə bildirib ki, Türkiyənin Rusiya istehsalı olan “Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil “F-35” tipli təyyarə layihəsində iştirakını təhlükə altına qoyur. 

Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə