Pambıqçıların zəhərlənməsində əsas versiya - VİDEO

Pambıqçıların zəhərlənməsində əsas versiya - VİDEO
İnam Kərimov istintaqın nəticələrini gözlədiklərini bildirib

"Prezident tapşırığına əsasən aidiyyatı qurumların nümayəndələri İmişli rayonuna səfərbər olub. Hazırda zəhərlənmənin baş vermə səbəbləri araşdırılır".

Bu barədə REAL-a açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, İmişlidə pambıq tarlasında zəhərlənmə hadisəsi özəl şirkətlərin nəzarətində olan ərazidə baş verib.

“Özəl şirkıət və fermerlərin üzərinə öhdəlik düşür ki, texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunsun. Dərmanların keyfiyyəti ilə bağlı məsələlər də araşdırılır. Aparılan istintaqın nəticələrini gözləyirik. Zəhərlənmənin səbəbi kimi iki ehtimal var. Ya respublikaya idxal olunan dərmanların keyfiyyyəti normalara uyğun deyil, ya da şirkətlər tərəfindən qulluq zamanı təhlükəsizlik qaydalarına əməl edilməyib”, - deyə nazir bildirib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə