Bazarlarda ən son qiymətlər - VİDEO

Bazarlarda ən son qiymətlər - VİDEO
Meyvə-tərəvəzin qiyməti ötən illə müqayisədə bahadır

Mövsümi meyvələr artıq piştaxtalardakı yerini tutub. Bu meyvələr paytaxt bazarlarına müxtəlif bölgələrdən hətta xaricdən də gətirilir.

Bu meyvələrin qiymətləri isə həm gətirildiyi bölgələrə, həm də satıldığı bazara görə fərqlənir.

Qiymətlərdən hali olmaq üçün paytaxtın müxtəlif bazarlarında olduq. 

Eyni bir meyvənin və ya tərəVəzin qiymətinin müxtəlif bazarlardakı qiymətləri arasında yerlə göy qədər fərq var.

Məsələn, Əriyinin qiməti yaşıl bazarın qapalı hissəsində 10 manatdırsa, açıq bazarda, eləcə də keşlə bazarında az qala 10 dəfəyə qədər ucuzdur - 1-4 manat arasında dəyişir.

Eləcə də gilası yaşıl bazardan 7 manata keşlə bazarından isə 1.5-2 manata almaq olar.

Həmçinin gilənar 1manatdan 5 manata qədər, alça 1 manatdan 10 manat qədər, çiyələk 1 4 manata, gavalı 80 qəpikdən 5 manata qədər satılır.

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə