Kolarov Kosta-Rikanı cərimələdi - FOTO

Kolarov Kosta-Rikanı cərimələdi - FOTO
Kosta-Rika 0:1 Serbiya

Futbol üzrə dünya çempionatının “E” qrupunun oyunlarına start verilib. Kosta Rika yığması Samara arenada Serbiya seçməsi ilə qarşılaşıb.

Matçda ilk təhlükəli vəziyyət serblərin qapısı ağzında yaranıb. Giankarlo Qonsalesin zərbəsindən sonra top qapının üstündən keçib.

Bunun ardınca Savic qapıçı ilə dueldən məğlub ayrılıb. Birinci hissədə tablodakı sıfırlar dəyişilməz qalıb. Fasilədən sonra təzyiqi artıran avropalılar Aleksandar Mitroviçlə real qol şansını əldən veriblər.

56-cı dəqiqədə isə qapıçı Keylor Navas da komandasına kömək edə bilməyib. Mitroviçin adaşı Kolarov cərimə zərbəsini mükəmməl yerinə yetirib.

Bundan sonra matçda başqa qol olmayıb və Serbiya mundialda ilk qələbəsinə sevinib.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə