Argentina Qyzerdə islandı - VİDEO

Argentina Qyzerdə islandı - VİDEO
İslandlar Leonun siftəsini korladılar

Futbol üzrə dünya çempionatının favoritlərindən sayılan Argentina yığması D qrupunun ilk matçında İslandiya seçməsi ilə qarşılaşıb. Matçın nəticəsi qədər maraq doğuran digər məqam Messinin necə çıxış edəcəyi idi. Əminliklə demək olar ki, islandlar Leonun siftəsini korladılar. Hərçənd ki, latın amerikalılar birinci hissədə Aqueronun qolu ilə hesabı açmışdı. Bu qoldan 4 dəqiqə sonra Alfreed Finboqasson sübut etdi ki, onlar bu matça asan yem olmaq üçün gəlməyiblər. 

Fasilədən sonra təzyiqi artıran argentinalılar Di Mariyanın sayəsində penalti vurmaq imkanı qazanıblar. Hanes Haldorson Messinin fərqlənməsinə imkan verməyib. Bundan sonra tərəflərin qol vurmaq cəhdləri nəticəsiz qalıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.
 

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə