Videotəkrar “VAR!” dedi - VİDEO

Videotəkrar “VAR!” dedi - VİDEO
Kobudluğu diqqətdən qaçıran baş hakimin köməyinə VAR sistemi gəlib

Futbol üzrə dünya çempionatında günün ilk matçı Fransa və Avstraliya komandaları arasında baş tutub. Mundialın ən bahalı heyətinə malik fransızlar görüşə daha fəal başlayıblar. Artıq 2-ci dəqiqədə Mbappe rəqib qapıçı Metyu Rayanı həyəcanlandırıb. Avstraliyalılar ilk qol şansını 17-ci dəqiqədə əldə ediblər. Uqo Lloris əla reaksiya ilə qapısının toxunulmazlığını qoruya bilib.

Fasilədən sonra hücumlarının kəsərini artıran xoruzlar penalti vurmaq hüququ qazanıblar. Antuan Qrizmana qarşı kobudluğu diqqətdən qaçıran baş hakimin köməyinə VAR sistemi gəlib. Videotəkrara baxıldıqdan sonra avstraliya millisinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Zərərçəkən özü penaltini dəqiq yerinə yetirib. 1-0.

60-cı dəqiqədə fransızlar Umtitinin əlinin bəlasına düşüblər. Avstraliyanın ən ağsaqqal futbolçusu Mayl Yedinak hesaba tarazlıq gətirib. Amma bu da matçda vurulmuş son qol olmayıb. 80-ci dəqiqədə Pol Poqba topu qapıçı üçün əlçatmaz yerə ünvanlayıb. Nəticədə avropa təmsilçisi mundialın ilk matçında 2-1 hesablı qələbəni bayram edib.  
 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə