SOCAR xaricdə nə qədər qazanıb?

SOCAR xaricdə nə qədər qazanıb?
Şirkət ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirlərini açıqladı

Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın 2017-ci ildə İsveçrədəki fəaliyyətindən əldə etdiyi gəlirləri 78,63 milyard manat təşkil edib. REAL-ın məlumatına görə, bu barədə SOCAR-ın maliyyə fəaliyyəti haqqında hesabatda qeyd edilir. Hesabata əsasən, bu göstərici 2016-cı ildə 40,44 milyard manat təşkil edib.

SOCAR-ın Türkiyədəki fəaliyyəti çərçivəsində ötən il əldə etdiyi gəlirləri isə 4,925 milyard manat təşkil edib. Qeyd edək ki, 2016-ci ilə bu göstərici 3,48 milyard manat olub.

Müvafiq olaraq Birləşmiş Ərəb Əmirliklərində gəlirlər 2017-ci ildə 1,32 milyard manat (2016-cı ildə 1,16 milyard manat), Gürcüstanda isə ötən il 1,185 milyard manat (2016-cı ildə 1,05 milyard manat) olub.

SOCAR-ın digər ölkələr üzrə fəaliyyətindən əldə etdiyi gəlir isə ötən il 1,12 milyard manat təşkil edib ki, 2016-cı ildə bu göstərici 615 milyon manat olub.

SOCAR-ın 2017-ci ildə Azərbaycanda fəaliyyətindən əldə olunan gəlir isə 5,38 milyard manat təşkil edib, 2016-ci il üzrə bu rəqəm 5,17 milyard manat olub.

Qeyd edək ki, hesabata əsasən, ümumilikdə Azərbaycanın Dövlət Neft Şirkəti ötən il 92,57 milyard manat gəlir əldə edib ki, 2016-cı ildə bu rəqəm 51,905 milyard manat olub.
 

Digər xəbərlər
Dünən
14 İyul

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə