ABŞ Çin məhsullarına 25 faiz rüsum tətbiq edib

ABŞ Çin məhsullarına 25 faiz rüsum tətbiq edib
Məhsulların dəyəri 50 milyard dollar təşkil edir

ABŞ Çindən alınan məhsullara 25 faizlik rüsum tətbiq edib.

Qərar Milli Təhlükəsizlik, Maliyyə və Ticarət nazirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul olunub və 6 iyulda qüvvəyə minəcək.

Siyahıda keçən məhsullara 25 faizlik rüsum tətbiq olunacaq. Siyahıda 800-dən çox növdə məhsul yer alıb.

Mart ayında polad və alüminium üzərində tədbiq edilən rüsumlar isə artıq qüvvəyə minib.

Qəzet yazır ki, müvafiq qərar ABŞ ilə Çin arasında ticarət müharibəsinin dayandırılması barədə əldə olunmuş razılığa ziddir.

Donald Tramp bildirib ki, tariflərin artırılması Amerika texnologiyasının və əqli mülkiyyətinin ədalətsiz şəkildə Çinə transfer olmasının qarşısını almaq üçün vacib addımdır. Bu, eyni zamanda, Trampın sözlərinə görə, ABŞ-da iş yerlərinin saxlanılmasına səbəb olacaq.

Çinin xarici işlər nazirliyi vəziyyətlə əlaqədar dərhal müvafiq tədbirlər görəcəyini deyib. 

Bu arada, Avropa İttifaqı ölkələri ABŞ-a qarşı idxal rüsumların tətbiqini yekdilliklə dəstəkləyib.

Müvafiq qərar ötən gün Brüsseldə keçirilmiş toplantıda qəbul olunub.

Nəzərdə tutulan addımlar Avropa Komissiyası tərəfindən də dəstəklənməlidir. Avropa Komissiyasının növbəti iclası iyunun 20-nə planlaşdırılıb.

ABŞ-ın polad və aliminium idxalına qarşı tədbiq etdiyi rüsumlar eyni zamanda, Avropa ölkələri, Kanada və Meksikaya da şamil edilib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə