“Molla Nəsrəddinin beş arvadı” nümayiş olunacaq - VIDEO

“Molla Nəsrəddinin beş arvadı” nümayiş olunacaq - VIDEO
Musiqili teatrda həftəsonu maraqlı tamaşalar izləniləcək

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar izləniləcək.

Teatrsevərlər iyunun 15-də “Molla Nəsrəddinin beş arvadı”, iyunun 16-da “Hacı Qara”, iyunun 17-də isə “Talelər qovuşanda” tamaşalarına baxmaq imkanı qazanacaqlar. 

Teatr kollektivi iyunun 14-də “Qoğalın sərgüzəştləri” tamaşası ilə rusdilli balaca teatrsevərlərin görüşünə gələcək.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində əməkdar artistlər Novruz Əliyev, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Anton Ferştand və başqaları çıxış edəcəklər.

Qeyd edək ki, Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmƏK mümkündür.

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə