Gülən, güldürən şair - VİDEO

Gülən, güldürən şair - VİDEO
Oğlunu adında yaşadan Hüseyn Arifin gəlməyən 94-cü baharı

Bir həyat şairi var, bir də vaxt şairləri. Bu dünyada özü eşqlə öyünən, qəlbi eşqlə döyünən bir şair də var idi. Xalqın şairi idi. Hüseyn Arif idi.

Şerlərini Sevgi ilə yoğuran Hüseyn arif ruhu ilə şair idi. Bəlkə də gənclik illərində yaşadığı nakam məhəbbəti olmasaydı, onun dillər əzbəri olan, notlara köçürülən sevgi əsərləri də doğulmazdı.

Nakam məhəbbət demiş, Hüseyn Arif Aşıq Mirzənin qızı Bənövşəni sevirmiş. Əsgərliyə gedir, qayıdanda eşidir ki, Bənovşə varlı bir kişiyə ərə gedib. Uzun illər Hüseyn özünə yer tapa bilmir. Yerə göyə sığmayan şair özünü şeirlər yazmaqla ovundurur. Görəsən,

Bənövşə heç məni xatırlayırmı? Sualını verib “Xatırla məni” yazır.

İlk məhəbbəti olan Bənövşənin varlı bir kişi ilə ailə qurub onu unutması şairin qızlara xitabən “A qızlar” şeirini yazmasına səbəb oldu. 

Şerlərində gözəlləri vəsf edən Hüseyn Arif bəlkə də yeganə şairdir ki, Azərbaycanı qarış-qarış gəzib. Hər qarışında dost məclisi qurub. Sazlı-sözlü şairin dillər əzbəri olan meşəbəyisi isə bir başqa aləmdir. 

İştirak etdiyi məclislərdə, tədbirlərdə, getdiyi rayonlarda maraqlı və gülüş doğuran əhvalatlarla, duzlu, məzəli söhbətləri ilə də məşhur idi xalqın şairi. Onun dillər əzbəri olan lətifəyə çevrilən hadisələrdən bir necəsindən danişacam.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə