Ermənistan prezidentinin Azərbaycana səfəri - VİDEO

Ermənistan prezidentinin Azərbaycana səfəri - VİDEO
Danışıqlara zərbə vuran ənənəvi gediş

Ermənistan prezidenti Armen Sarkisyanın Qarabağa səfər etməsi onu göstərir ki, Ermənistan separatçılıq, terrorçulara dəstək iddialarından əl çəkmir, beynəlxalq qurumların təkliflərini şübhə altına salır.

Bu sözləri REAL-a müsahibəsində Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatının sədr müavini Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, Ermənistan prezidenti Kəlbəcərə səfər etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışır.

“Sarkisyan guya Azərbaycana təzyiq etmək üçün Qarabağa gəlir, amma o, öz millətinə, xalqına xəyanət edir. 20-dən çoxdur ki, onlar öz xalqını iqtisadi blokadada saxlayırlar. Bu gün Ermənistanda gənclər yaşamaq istəmirlər. Çoxları Qarabağın Azərbaycana qaytarılmasını istəyirlər. Çünki başa düşürlər ki, işğal etdikləri torpaqları geri qaytarmasalar iqtisadi blokada şəraiti davam edəcək və vəziyyət getdikcə ağırlaşacaq”, - deyə Cəlil Xəlilov qeyd edib.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə