Ramazanın fitrə günü

Ramazanın fitrə günü
Fitrə kasib yaxin qohuma da verilə bilər

Sabah Ramazan bayramıdır. Sabah məscidlərdə bayram namazı qılınacaq.

İslam aləmində Ramazan bayramında valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz, ehtiyacı olanlara qayğı göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur.

Bu gündə hər bir müsəlmanın boynuna düşən vacibatlardan biri də fitrə zəkatı çıxarmaqdır. Yəni bu gün bayramdan bir gün əvvəl bayram namazına qədər ailə başçısı ailə üzvlərinin sayı qədər fitrə çıxarmalıdır. 

Fitrə zəkatını qohum-əqrəbada, qonşuluqda olan fəqirə vermək vacibdir. Əgər yaxında, qohum-əqrəbada və qonşuda fəqir yoxdursa, onu uzaq bir fəqirə vermək olar. 

Bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə vermək də vacibdir. əgər kimsə üzrlü səbəbdən fitrəni vaxtında çıxara bilməyibsə, imkanı olan kimi çıxarmalıdır.

Yaxud da fitrəni vaxtında çıxarmağı unudubsa, yadına düşən kimi çıxarmalıdır.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə