ATƏT-dən həmsədrlərin İrəvan səfəri ilə bağlı bəyanat

ATƏT-dən həmsədrlərin İrəvan səfəri ilə bağlı bəyanat
Rusiya, ABŞ və Fransa nümayəndələri Ermənistanda görüşlər keçirib

ATƏT-in Minsk Qrupunun Həmsdrləri Ermənistana səfərlə bağlı bəyanat yayıblar.

ATƏT-in Baş Ofisindən REAL-a verilən məlumata görə, bəyanatda bildirilir ki, 12-14 iyun tarixlərində həmsədrlər İqor Popov (Rusiya), Stiven Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT sədrinin daimi nümayəndəsi Anjey Kasperşik İrəvanda Ermənistan XIN başçısı  Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiyə naziri Davit Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüş keçirib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırki vəziyyətini müzakirə ediblər. Bildirilib ki, danışıqlar prosesini davam etdirmək üçün növbəti addımlar atılmasının vacibliyi, o cümlədən yaxın gələcəkdə iki ölkə xarici işlər nazirlərinin görüşünün keçirilməsi məsələsi müzükirə edilib.

Həmsədrlər bir daha tərəflərə münaqişənin sülh yolu ilə Helsinki Yekun Aktı əsasında həllinin vacibliyini vurğulayıblar. 

Anaxanım Hidayətova

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə