Trampdan neftin qiymətinə etiraz: Çox yüksəkdir

Trampdan neftin qiymətinə etiraz: Çox yüksəkdir
Amerika lideri OPEC-i ittiham edib

ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin qalxmasına etirazını bildirib. Tramp özünün “Twitter” səhifəsində qeyd edib  ki, neftin qiyməti çox yüksəkdir.

Amerika lideri “qara qızıl”ın qiymətinin sürətlə bahalaşmasında OPEC-i ittiham edib.

“Neftin qiyməti çox yüksəkdir. OPEC yenə öz işini görür. Yaxşı deyil!”, - deyə Tramp bildirib.

Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 75,81 dollara, “Light”ın bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 66 dollara alıcı axtarır.

Neft bazarında bütün diqqət iyunun 22-23-də Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasına yönəlib. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə