Ali sovetdə ali qərar - VİDEO

Ali sovetdə ali qərar - VİDEO
1993-cü ilin bu günü Gəncə hadisələri Bakıya daşınmışdı

1993-cü ilin bu günü istirahət gününə təsadüf etmişdi. Buna baxmayaraq parlamentin Fövqəladə sessiyası çağırılmışdı. Qəzetlərin yazdığına görə, saat 12 tamam olmasına baxmayaraq jurnalistləri içəri buraxmırdılar.

Güclü polis nəzarəti içəridə əhəmiyyətli bir məsələnin müzakirəsindən xəbər verirdi. Yeni Müsavat qəzetinin yazdığına görə, jurnalistlərə rəhmi gələn vəzifə adamlarından biri onları zala buraxdıranda artıq iclac başlamışdı.

Tamerlan Qarayev fövqəladə iclasın çağırılması səbəbini açıqlayırdı. Bu, Ali Sovet sədrinin istefa məsələsi idi.

Bu, istefa təkcə Gəncədə qiyam qaldıarn Surət Hüseynovun tələbi deyildi, elə parlamentin özündə də belə tələblər hər an səslənirdi. Onlardan biri də ana müxalifət sayılan AMİP-in sədri Etbar Məmmədov idi.

Etiraf olmasa da, baş vermis hadisənin təhlili vardı. Və onu İsa Qəmbər belə iafdə edirdi.

Bu iki cümlə əlbəttə ki, zalda uğultuya səbəb olacaqdı. Müxtəlif suallara da həmçinin. O suallardan vicdanla verilmişi də vardı, qərəzli olanı da.

Cavablar da əlbəttə adekvat idi. Amma yaranmış bu durum müharibə şəraitində olan Azərbaycan üçün qətiyyən adekvat deyildi. Təəssüf ki, milli demokratik qüvvələr bu məsuliyyəti dərk etmək əzmində olmadılar.

Surət Hüseynovun ya surəti, ya sürəti qarşısında özlərini tamamilə itirdilər. Sonunda əlbəttə ki, hakimiyyəti də itirəcəkdilər. YUNDAN BAŞLAYAN YOL İYUNA GƏTİRİB ÇIXARTDI.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə