Qətərdən yeni dünyaya

Qətərdən yeni dünyaya
Dünya çempionatına 3 ölkə ev sahibliyi edəcək

2026-cı ildə futbol üzrə dünya çempionatına Amerika Birləşmiş Ştatları, Kanada və Meksika üçlüyü ev sahibliyi edəcək.

FİFA-nın Moskvada keçirilmiş 68-ci konqresində baş tutmuş səsvermənin nəticələrinə əsasən ev sahibliyinə iddialı Mərakeş yeni dünya ölkələrinə uduzub. Səsvermədə iştirak edən 203 nümayəndədən 134-ü trionun xeyrinə əl qaldırıb.

Konqresdə ölkəmizi AFFA prezidenti Rövnəq Abdullayev, qurumun vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil ediblər.

Qeyd edək ki, 2022-ci ildə keçiriləcək mundiala Qətər ev sahibliyi edəcək. Amerika, Kanada və Meksikada baş tutacaq çempionatda isə qələbə uğrunda 32 deyil, 48 komanda mübarizə aparacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə