FED uçot dərəcəsini artıra bilər

FED uçot dərəcəsini artıra bilər
May ayında uçot dərəcəsi 1,5-1,75% səviyyəsində saxlanılmışdı

Bu gün və sabah ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçiriləcək.

İclasda uçot dərəcəsinin nəzərdən keçiriləcəyi gözlənilir.

Qurumun mayın 1-2-də keçirilmiş iclasında uçot dərəcəsinin 1,5-1,75% səviyyəsində saxlanılmasına qərar verilmişdi.

İqtisadçılar bu dəfəki iclasda faizlərin cüzi artırılacağını proqnozlaşdırırlar.

ABŞ-ın “Morgan Stanley” bank holdinqinin rəhbər iqtisadçısı Ellen Zentner bildirib ki, FED uçot dərəcəsi baxımından demək olar, yaxşı nöqtədədir və uçot dərəcəsinə kiçik düzəliş edəcək. Onun fikrincə, ABŞ-da inflyasiyanın səviyyəsi ilə bağlı ciddi narahatlığa ehtiyac yoxdur.

İclasda uçot dərəcəsi cüzi, təxminən, 0,25 faiz bəndi artırılaraq 1,75-2%-ə çatdırıla bilər. Bu, baş versə ABŞ dolları dünyada, o cümlədən qonşu Türkiyədə bahalaşacaq və investorların inkişaf etdəkdə olan ölkələrin bazarından ABŞ bazarına axını bir qədər də güclənəcək.

Bununla belə, FED-un uçot dərəcəsini hələlik, sabit saxlayacağı da istisna deyil. Qurumun ehtiyatlı mövqe nümayiş etdirməsi investorları qeyri-müəyyən risklər fonunda ehtiyatlandıra və qlobal maliyyə bazarlarında Amerika valyutasını ucuzlaşdıra bilər. 

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə