AAYDA “Road&Traffic 2018” sərgisində iştirak edir - VİDEO

AAYDA “Road&Traffic 2018” sərgisində iştirak edir - VİDEO
Sərgi sabah da davam edəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Ekspo Mərkəzində təşkil olunan 8-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2018" sərgisində iştirak edir.

Agentliyin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

11-13 iyun tarixləri arasında davam edəcək "Road&Traffic 2018" sərgisinin məqsədi yol, körpü və tunellərin tikintisi və layihələndirilməsi sahəsində əldə olunan ən son nailiyyətlərin təqdimatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və digər sahələrdə problemlərin həlli yollarının inkişaf etdirilməsidir.

Sərgidə Azərbaycan, Belçika, Belarus Respublikası, İran, Polşa, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər məhsulları təqdim edirlər. 

8-ci Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisi 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika və 5-ci Yubiley Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgiləri ilə eyni meydançada keçirilir.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə