Rövnəq Abdullayev: İtaliya hökuməti ilə danışıqlar gedir - VİDEO

Rövnəq Abdullayev: İtaliya hökuməti ilə danışıqlar gedir - VİDEO
SOCAR Prezidenti TAP layihəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

TAP layihəsi ilə əlaqədar İtaliya və Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. Bu sazişə görə, bütün qaz alıcıları TAP kəmərinin tikintisi ilə məşğul olan şirkətlər hökumətin zəmanətini alıb.

Bunu Real-a açıqlamasında Rövnəq Abdullayev deyib. O bildirib ki, heç bir dövlət verdiyi zəmanəti geri götürə bilməz, bu elə də asan deyil.

“İtaliya hökuməti yeni formalaşıb, dostlarımız vasitəsilə ilə əlaqələr yaratmışıq. Danışıqlar gedir”, - deyə SOCAR prezidenti bildirib.

İtaliyanın Ətraf Mühit naziri Sergio Kosta bildirmişdi ki, İtaliya Cənub Qaz Dəhlizinin hissəsi olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxacaq:

“Yaxın vaxtlarda İtaliya iştirak edəcəyi bütün iri lahiyələri yenidən nəzərdən keçirəcək. TAP layihəsi masa üzərindədir və İtaliya layihəyə prioritet kimi baxır”.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə