İcra başçısı uşaqların döyüldüyü bağçada - VİDEO

İcra başçısı uşaqların döyüldüyü bağçada - VİDEO
Nigar Museyibova müəllimin uşağı döydüyünü etiraf edib

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov uşaqların Firuzə tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio Uşaq Mərkəzi”nə gəlib.

Bu barədə Real-ın ərazidə olan əməkdaşı məlumat verir.

İcra başçısı baxça rəhbərliyi ilə görüş keçirdikdən sonra ərazini tərk edib, jurnalistlərə hadisə ilə bağlı məlumat verilməyib.

Bağçanın qarşısına toplaşan valideynlər isə bildirdilər ki, bağça rəhbərliyi onlara uşaqları sabahdan gətiməmələrini deyib 


 


***15:49

Bakıda “Kids Studio Uşaq Mərkəzi” adlı özəl uşaq bağçasında müəllimə uşağı döyərək onunla kobud rəftar edib.

Uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü azxeber.com xəbər portalının elektron poçtuna daxil olub.

Xəbərə görə, görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara dözülməz zülm yaşadırlar.

Məsələ ilə bağlı Real TV işgəncələrə məruz qalan uşaqların "tərbiyə aldığı" həmin bağça ilə əlaqə saxlayıb.

Bağçanın müdirəsi Nigar Museyibova Firuzə Tağıyeva adlı müəllimənin həqiqətən uşağı döydüyünü təsdiq edib.

Birinci dəfədir ki, bu halla qarşılaşdıqlarını iddia edən Nigar Museyibova bildirdi ki, bağçanın hər yerində kamera var.

“Sadəcə olaraq bizim resepşnda olan qızımız oğurluq etdiyinə görə işdən çıxarılıb. O, acıq çıxmaq üçün belə videonu paylaşıb. Onda təhlükəsizlik kameralarına daxil olmaq üçün parol var idi. Bütün günlərin videogörüntüsünə baxaraq sadəcə bunu çıxara bilib. Bağçada bundan başqa belə bir fakt olmayıb. Çox olsaydı onları da çıxarardı”, - deyə bağça müdirəsi bildirdi.

Nigar Museyibova Real-a bildirdi ki, uşaqları döyən müəllimə işdən çıxarılacaq. 

"Belə bir fakt ortada olduğuna görə müəlliməni bu gün işdən çıxaracağıq. Belə hadisənin baş verdiyini yeni öyrənmişik. Müəllimənin ixtisası ibtidai sinif müəlliməsidir. Onun psixoloji durumunda, ünsiyyətində problem olmayib", - deyə Nigar Museyibova qeyd etdi.

Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən Real-a bildirildi ki, adları çəkilən qurumlar tərəfindən “Kids Studio Uşaq Mərkəzi”nə lisenziya verilməyib.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirdi ki, bağçalara lisenziya təmsil etdiyi qurum tərəfindən verilmir.

Aybəniz Kəlbiyeva

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə