SOCAR Türkiyə nəhəng yatırımlarını yeni inzibati binasından idarə edəcək - VİDEO, FOTO

SOCAR Türkiyə nəhəng yatırımlarını yeni inzibati binasından idarə edəcək - VİDEO, FOTO
Açılışda SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri və digər rəsmi şəxslər iştirak edib

Türkiyənin ən böyük  xarici investoru olan  SOCAR-ın Türkiyə ofisi Vadistanbula köçürüldü.

Real-ın Türkiyə bürosunun məlumatına görə, Türkiyədəki fəaliyyətinin 10-cu  ildönümündə adres dəyişdirən SOCAR Türkiyənin yeni binasının açılışını SOCAR-ın prezidenti Rövnəq Abduallayev etdi.

Türkiyəyə 2008-ci ildə Petkimi Özəlləşdirmə İdarəsindən alarak daxil olan SOCAR, yekunlaşdığı zaman 19.5 milyard dollara  çatacaq böyük yatırımlarını artıq Vadistanbuldakı ağıllı binası, SOCAR Plazadan idarə edəcək. Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyi və SOCAR Türkiyə şirkətinin yeni ofis binasının açılışı münasibəti ilə təşkil olunmuş tədbirə SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyə Cümhuriyyətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı Başkonsulu Məsim Hacıyev, SOCAR Türkiyə İdarə Heyətinin rəhbəri Vaqif Əliyev, SOCAR Türkiyənin baş direktoru Zaur Qəhrəmanov, maliyyə, iş dünyası, neft-qaz sektorunun nümayəndələri ve SOCAR əməkdaşları qatıldı. 

Açılışda çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirdi ki, böyük əmək verilərək inşa edilən  Azərbaycan investisyalarının mərkəzi olan yeni ofis binası, iki qardaş ölkə arasında daima  artan iqtisadi və mədəni işbirliyinin də mərkəzi olacaq.



Neft muzeyi

SOCAR Plazanın giriş qatında Azərbaycanın neft və qaz sənayesi tarixindən bəhs edən 220 kvadrat metrə ərazidə muzey qurulub. Muzeydə, Şahdəniz-2 ilə Azerbaycanda ilk neftin çıxarıldığı Bibi-Heybətdəki neft quyularının 3D obyektleri, toxunularaq idarə olunan ekranlarla interaktif sistemli görüntülər nümayiş olunur.

Müasir dövrün şərtləri və verimlilik nəzərə alınaraq dizayn edilən SOCAR Plazada, digər ofis binalarından fərqli olaraq hər qatda sosial yerlər, görüş və iclaslar keçirmək üçün  xüsusi otaqlar mövcuddur.
İclas otaq rezervi və məlumat, asistent arxası digital tablo, video və telekonfrans, konfrans salonu və simultan tərcüme sistemləri kimi digital texnologiyaların istifadə olunduğu SOCAR Plazada işçilər üçün sosial fəaliyyət yerləri də mövcutdur. 

SOCAR Türkiyənin yeni binası SOCAR Plaza, Vadistanbulun ofis və ticarət ərazisindən ibarət olan Bulvar etabında 24 min kvatdart metrə qapalı əraziyə sahibdir. Azərbaycanın milli simvolları və tarixi motivlərindən yola çıxılaraq  dizayn olunan SOCAR Plazada, məkana dinamizm qatan qurumsal rənglər ve “Açıq ofis” konsepti ilə işçilər üçün daha səmimi  və rahat bir işləmə ortamı yaradıldı.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə