Səfir: İslam İndoneziyaya Azərbaycandan gedib

Səfir: İslam İndoneziyaya Azərbaycandan gedib
Tarixi araşdırmalara görə, İslam İndoneziyaya Abbasilər zamanında yayılmağa başlayıb

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie və İndoneziya Universtetinin Tədqiqatçısı, Fars mədəniyyəti tədqiqatçısı Bastian Zulyeno Azərbaycanın Sundu və Mərəzə bölgələrində qədim qəbirlərlə tanış oldulblar.

Bu barərə Real-a İndoneziyanın ölkəmizdəki səfirliyindən bildirilib.

Məlumatda deyilir ki, Mərkəzi Azərbaycanda, iki bölgədə yerləşən bu qəbirlərin XI-XII əsrlərə aid olduğu təxmin edilir.

Araşdırma üçün Azərbaycana gələn Sebastian bu qəbirlərin Aceh və Barusdakı qəbirlərə bənzədiyini deyib. Həmin qəbirlərdə sufi yazıları, fars şairlərinə aid ayaqqabı kimi simvolları sufi alimlərindən xəbər verir.

Tarixi materiallarına baxanda isə bu ehtimal daha da güclənir. Qəbristanın təpədə yerləşməyi də buna bir işarə ola bilər. Bildiyimiz kimi İslam İndoneziyada əhalinin əksəriyyətidir və dünyada da müsəlman əhali daha çoxdur.

Sebastianın fikrinə görə, bu səbəbdən İslamın Indoneziyaya gəlməyi və inkişafı müzakirə mövzusudur. Onun sözlərinə görə, hələ ki tarixçilər arasında İslamın ilk dəfə İndoneziyaya necə gəldiyi haqqında ortaq qənaət mövcud deyil.

İslamın İndoneziya arxipelaqına gəlməyi haqqında iki cür nəzəriyyə mövcuddur.

Birincisi VII əsrə, Bəni Üməyyənin İslam Dövləti zamanında Ərəbistan yarımadasına, indiki Orta-Şərq dediyimiz əraziyə təsadüf edir (661- 750). İkinci nəzəriyyədə isə deyilir ki, İslamın İndoneziya adalarına yayılması XIII əsrə təsadüf edir. Buna əsasən isə İslam İndoneziyaya Abbasilər zamanında (750-1258) daxil olub.

Səfir bildirib ki, nəzəriyyə ilə əlaqəli olaraq İslamın Indoneziyaya Qafqaz, xüsusilə Azərbaycan tərəfindən tanıdılmağı davam edirdi, hansı ki o zamanlar Azərbaycan İran dövlətinin ərazisindəydi. Azərbaycan eyni zamanda Orta-Asiyadan gələn, hansı ki orada təriqətlər yaranmışdı, Sufilərin də məkanı olub. Bu Ərəb yarımadasından yayılan dinin İndoneziyada daha da güclənməyinə təkan verirdi. 

Anaxanım Hidayətova

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə